Müğənni Nazəninin prodüseri Pərviz Fəqan qalmaqallı açıqlamalar verib.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, ARB TV-nin "Günə son" verilişinə canlı bağlanan prodüser Təranə Qumralla Nazənin arasındakı münaqişədən bəhs edib.
O deyib ki, T.Qumral gündəmdən düşməmək üçün maraq yaratmaq istəyib:
"Danışdıqlarının hamısı yalandır. Qanun nəyə qərar veribsə, onu etməlidir. Təranə Qumralın dediyi sözlərin hamısı yalan və şər-böhtandır. Nazənin xanım Təranəni öz əri ilə tutmuşdu. Məhkəmədə bunu sübut etdik. Mesajlar da var. Onlar bir-biri ilə yazışıb. Son yazdığı statusu isə kimə ünvanladığı haqda yalan deyərəm. Onun həyatında o qədər kişi var ki... Bəlkə də Musa Musayevin o vaxt onları birlikdə tutduğu kişiyə ünvanlayıb".
Nazənin və prodüseri Pərviz Fəqan
Qeyd edək ki, T.Qumralla Nazənin arasında qalmaqal "ANS”in "Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala "Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.
Məhkəmənin qərarına əsasən, T.Qumral Nazəninə 500 manat pul ödəməli, üzr istəməli və barəsində dediklərinə təkzib verməlidir. Həmçinin Təranə Qumralın ölkədən çıxışına da qadağa qoyulub.
T.Qumral isə üzr istəməyəcəyini bildirib:
"Məhkəmənin qərarına hörmətim var. Nə demişəmsə, düz demişəm. Sözümün üstündə dururam. Düz dediyim sözə görə üzr istəmərəm. Mən dədəmin qızıyam, o kişi olub. Məni həbs etsələr də, assalar da üzr istəməyəcəm”.
Şərhlər