Tərtərin Şuşa həsrəti ilə yaşayan ən yaşlı cütlüyü:

Tərtərin Şuşa həsrəti ilə yaşayan ən yaşlı cütlüyü: "Qaça-qaça gedərik” (VİDEO)

Düşmən xain hücumları ilə azərbaycanlıları qorxutduğunu sanırsa, çox yanılır. Çünki, kəndin ən yaşlı sakinləri belə torpaqlarını qoyub çıxmırlar.

"Haber Global” Tərtərin ən yaşlı cütlüyü ilə bağlı xəbər hazırlayıb. 

Beş uşaq sahibi olan Ağayevlər 66 ildir evlidirlər. Bəy olan atası sovet hökuməti tərəfindən öldürüləndən sonra Tərtərdə yaşayan Tapdıq babanın 92, Tamella nənənin isə 89 yaşı var.

Onlar düşmənin mütəmadi atəşə tutmasına baxmayaraq yaşadıqları kənddən çıxmayacaqlarını, ölsələr də, öz evlərində öləcəklərini deyirlər.

"Qarabağın, Şuşanın hər yerini gəzmişəm”, - Tapdıq kişi bildirib.

Onlar Şuşanın düşmən tapdağından azad olunmasını, yenidən vətənə qayıdacaqları günlərin həsrəti ilə yaşayırlar:

"Şuşa alınsın, qaça-qaça gedərik”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR