Ekonomiks 17:35 16.09.2021

Texniki baxışın DYP-dən alınıb özəl qurumlara verilməsi... - İqtisadçı

"Texniki baxışın DYP-dən alınıb özəl qurumlara verilməsi həm sahibkarlığın inkişafına stimul verər, həm də vergi ödənişləri artar”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Nazim Bəydəmirli avtomobillərin texniki baxışının DYP-dən alınıb özəl qurumlara verilməsi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib:



"Bu istiqamətdə indiyə kimi islahat həyata keçirən ölkələrdə əsas məişət korrupsiyasının məhz avtomobillərin texniki baxışı zamanı meydana çıxdığı aşkarlanıb. Gürcüstan bu məsələdə ən örnək ölkələrdəndir. Saakaşvili ilk olaraq islahatlara məzh yol polisinin ləğv olunmasından başlamışdı. Onun əsasında bu ölkədə Yol Patrul Xidməti yaradıldı. O həmçinin avtomobillərin texniki baxışını tamamilə ləğv etdi. Keçən il Rusiya da bu istiqamətdə addım atdı. İndi bu ölkədə texniki baxışı özəl şirkətlər həyata keçirir. Bir sürücü kimi deyirəm ki, texniki baxış proseduru özəl şirkətlər tərəfindən həyata keçirilməlidir. Belə olarsa, yaranmış vəziyyət sahibkarlığın da inkişafına stimul verər, həmçinin vergi ödənişləri artar. Gec-tez buna keçməliyik”.

Rüfət Sultan