İdman 19:16 21.07.2019

"Texnopolis" proqramı bulvarda Aya ilk insan enişinin 50 illiyi münasibəti ilə qaçış keçirir

Dənizkənarı Milli Parkda insanın Ay səthinə ilk qədəm qoymasının 50 illiyinə həsr olunmuş marafon qaçışı keçiriləcək.

"Report” xəbər verir ki, qaçış "Azərkosmos" ASC-nin dəstəyi ilə 21 İyul saat 19:30-da başlayacaq.

Qaçışı uğurla başa vuranlar üçün dörd maraqlı mükafat nəzərdə tutulub.

Marafon "Bulvard otel"in önündən başlayaraq Xalça Muzeyinə, oradan isə yenidən otelin önünə qədər 10 km-lik məsafəni əhatə edəcək.

Yarışda iştirak etmək istəyən şəxslərdən özü ilə qaçış üçün lazım olan ləvazimatlar götürmək xahiş olunur.