Tiflisidə etiraz mitinqləri yenidən start götürüb.
Qaynarinfo xəbər verir ki, onlarla etirazçı dünən gecə aksiyaların dağıdılmasından sonra yenidən Gürcüstan parlamentinin qarşısında çadır düşərgəsi quraraq aksiyalarını davam etdirməyə başlayıb.
Məlumata görə, xüsusi təyinatlılar dəyənəklərdən, su toplarından və gözyaşardıcı qazdan istifadə edib. Nəticədə azı üç nəfər xəstəxanaya çatdırılıb, 37 nümayişçi isə saxlanılıb.
Hazırda meydanda təxminən on çadır quraşdırılıb. Bəzi etirazçılar gecəni də meydanda keçirib. "Rustavi-2" televiziya kanalının verdiyi məlumata görə, etirazçılar yenə də eyni tələblərlə çıxış edir - proporsional seçki sisteminə keçid və parlamentdə seçki kampaniyasının vaxtından əvvəl keçirilməsi ilə bağlı qanun layihəsinin qəbulu.
Alpər
Şərhlər