“TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar

“TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar

Rusiyanın Perm vilayətində məktəbli qızların "TikTok” üçün video çəkmək istəyi faciə ilə nəticələnib.

Bu barədə "Report” RİA "Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, Nitvensk rayonunda yerləşən fermaların birində, iki məktəbli qız "TikTok”a video çəkmək üçün quru otları yandırmağa və söndürməyə başlayıblar.

Lakin növbəti cəhd uğursuz alınıb və yanğın 195 ton ot bağlaması ilə birlikdə fermanı da məhv edib. Hər iki məktəbli qız saxlanılıb.
X
XƏBƏRLƏR
BLOGLAR