Dünya 15:00 16.09.2020

Tixanovskaya: “Lukaşenko hakimiyyətdən dinc yolla gedərsə...”

Aleksandr Lukaşenko hakimiyyətdən dinc yolla gedəcəyi təqdirdə ona şəxsi təhlükəsizlik zəmanəti veriləcək.

Qaynarinfo xəbər verir ki, bu sözləri Belarus müxalifət hərəkatının lideri Svetlana Tixanovskaya sentyabrın 15-də LB.ua saytına müsahibəsində hazırkı Belarus prezidentindən danışarkən deyib.

O, bu məsələdə bütün belarusların rəyinin nəzərə alınacağını qeyd edib.

"Bunların hamısı müzakirə mövzusudur. O, dinc şəkildə, adam kimi gedərsə, əlbəttə, belə bir ehtimal var. Hətta əminlikləı də demək olar. Şəxsən mən hamının adından bunu deyə bilərəm", - Tixanovskaya bildirib.

Lukaşenkonun vəzifəsindən ayrılacağı təqdirdə təhlükəsizlik zəmanəti alıb-almaması ilə bağlı aydınlaşdırıcı suala Tixanovskaya belə cavab verib: 
"Bəli, zəmanət veriləcək". 

Qeyd edək ki, 28 avqustda Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri seçki saxtakarlığı və etirazçılara qarşı şiddətə görə Belarusun ən yüksək səlahiyyətlilərinə qarşı sanksiya tətbiq edilməsinə razılıq verib.

Alpər