DÇ-2018-in başlaması ərəfəsində Böyük Britaniya mətbuatı əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramovun ailəsinin İngiltərə millisi ilə bağlı fikirlərini öyrənib.
Qaynarinfo-nun qol.az-a istinadən xəbərinə görə, məşhur "Mirror” qəzeti T.Bəhramovun nəvəsi Tofiq Bəhramova müraciət edib. Qəzet yazıb ki, Bəhramov ailəsi mundialda İngiltərəyə azarkeşlik edəcək.
36 yaşlı kiçik Bəhramov deyib: "Mən həqiqətən də İngiltərənin çempionatda özünü yaxşı tərəfdən göstərəcəyini gözləyirəm. Biz inanırıq ki, onlar gözəl oyun nümayiş etdirəcəklər. İngiltərəyə uğurlar arzulayırıq. İnanıram ki, əgər babam yaşasaydı, o da bu sözləri söyləyərdi. Onun haqlı qərarı sayəsində İngiltərə 1966-cı ildə dünya çempionu oldu”.
Nəvə Bəhramov arzu edir ki, onun oğlu Bəhram ailəsinin futbol ənənəsini davam etdirəcək və nə zamansa İngiltərə Premyer Liqasında oynayacaq.
Şərhlər