İdman 12:07 31.07.2021

Tokio-2020: Son gündə koronavirusa yoluxanların sayı açıqlandı

Tokio-2020 yay Olimpiada Oyunlarında koronavirusa yeni yoluxanların sayı açıqlanıb.

Qaynarinfo yarışın rəsmi saytına istinadən xəbər verir ki, ölkəyə xaricdən gələn daha 21 nəfərdə COVİD-19-un əlamətləri aşkarlanıb. 

Son 24 saatda virusa yoluxanlardan 14-ü müqavilə ilə çalışan əməkdaş, 7-si isə rəsmi şəxsdir. Ötən gün yarışlarda iştirak edən idmançılar arasında virusa yoluxan olmayıb. Testi müsbət nəticə göstərənlər karantinə alınıb. 

Bununla da Tokio-2020-də virusa yoluxanların sayı 241 nəfərə yüksəlib.

Səbuhi Həsənov