Dünya 18:46 23.07.2021

Tokio-2020 Yay Olimpiya Oyunlarına qarşı etiraz aksiyası

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi etirazlarla müşayiət olunur.

Qaynarinfo bu haqda MK.ru-ya istinadla xəbər verir. Saytın müxbiri bunları qyed edib:

"Mərasim etirazçıların aksioyası ilə paralel olaraq davam edir. Yuxarıdan Olimpiadanı ləğv etmək istəyənlərin hələ çox olduğu görünmür, amma çox yüksək səslər var. Səslər diktorların və musiqinin səslərinə baxmayaraq stadionda da eşidilir”.

Qeyd edək ki, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir. Açılış mərasimini yalnız Beynəlxalq Olimpiya Komitəsinin və Milli olimpiya komitələrinin 1 000-dək rəsmi şəxsi tribunadan canlı izləyir.

Açılışda Azərbaycandan 27 nəfərlik heyət iştirak edir. Onların arasında idmançılarla yanaşı, yığmanın şef de-missionu Fərid Mansurov da var.

Azərbaycan nümayəndə heyəti açılış mərasimindəki paradda 5-ci keçəcək. Dövlət bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Avqustun 7-dək davam edəcək Tokio Olimpiadasında Azərbaycanın 44 idmançısı qüvvəsini sınayacaq.