İdman 13:15 02.08.2021

Tokiodan ölkəsinə qayıtmağa qorxan idmançı polisdən yardım istədi

Tokio-2020 Olimpiyadasına qatılmış belaruslu idmançı Kristina Tsimanovskaya vətəninə qayıtmaqdan imtina edib. 

Qaynarinfo "BBC Azərbaycan"a istinadən xəbər verir ki, 24 yaşlı idmançı bunu ölkəsində üzləşə biləcəyi təzyiqlərlə əlaqələndirib. O,deyib ki, bazar günü zorla Tokionun Haneda hava limanına gətirilib. 

Burada Tsimanovskaya Yaponiya polisindən yardım istəyib. Bundan sonra idmançı mühafizə altına alınıb. Belarus tərəfi bildirib ki, Kristina emosional vəziyyətinə görə komandadan uzaqlaşdırılıb. Belarus Milli Olimpiya Komitəsi idmançının iddiaları əsasında sorğuya cəlb edilib. Çexiya və Polşa ona viza verməyi təklif edib. İdmançının Avropadan sığınacaq istəyəcəyi deyilir. 

Beynəlxalq Olimpiya Komitəsi Tsimanovskayanın hazırda təhlükəsizlikdə olduğunu bildirib.

Səbuhi Həsənov