Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın vəziyyəti yaxşıdır.
"Qafqazinfo” xəbər verir ki, dünən Milli Onkoloji Mərkəzdə əməliyyat olunan 45 yaşlı aktrisa artıq reanimasiyadan palataya köçürülüb.
"Toppuş bacı” ginekoloji xəstəlikdən xilas olunduğunu bildirib: "Uşaqlıq boynunda bədxasəli şiş var idi. Əməliyyat nə az, nə çox 5 saat davam etdi və şiş götürüldü. İnşaallah, sağ-salamat öz sənətimə dönəcəm, yenə də səhnəmizdə olacam”.
Şərhlər