Azərbaycanda qidadan kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyunun 16-da Buzovna qəsəbəsi, Albalılıq bağlar massivində qeydə alınıb.
Bakı şəhər sakinləri Mənsurə Şəfiyeva, oğlanları Səid, Sübhan, qonaqları Əfsanə Hüseynova, onun bacısı Şəhanə, Sürəyya Sadıqova, Pərvanə Niftəliyeva və Ellada Əhmədova tortdan zəhərlənmə ilə Klinik Tibbi Mərkəzə daxil olublar.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info
Şərhlər