Xəbər lenti

Toylarda maskayla yeyib-içmək necə olacaq?.. (ŞƏRH)
Ölkə 15:15 22.06.2021

Toylarda maskayla yeyib-içmək necə olacaq?.. (ŞƏRH)

"Əslində bu, toylara icazə verilmir qərarıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Operativ Qərargahın toylara icazə verilməsi ilə bağlı qərarında göstərilən "2.5-3.2. 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir” bəndini şərh edərkən deyib. Ekspert qeyd edib ki, restorana daxil olarkən maskalardan istifadə məcburi olacaq:

"Zala keçib oturandan sonra maskaların saxlanılması nə mümkün, nə də məntiqlidir. Burada bir məsələ var. Qaydalara nəzarət funksiyası hüquq-mühafizə orqanlarına, Daxili İşlər Nazirliyinə həvalə olunub. Bu isə onlara səlahiyyətlərdən sui-istifadə etmək üçün imkan yaradacaq. Hər dəqiqə restorana girəcəklər, maskadan istifadə etməyənləri çərimələyəcəklər. Və yaxud obyekt sahibini cərimələyə bilərlər. Bunlar o qədər sərt qaydalardır ki, adını "toylara icazə vermirik” qoysalar, daha məntiqli olardı”.
 
 

Natiq Cəfərli bildirib ki, qərarda bir neçə önəmli məsələ var:

"Birincisi, prosedur qaydaları həddindən artıq çətindir. Toy, şənlik edən şəxslərin portalda  qeydiyyatla bağlı məlumatlandırılması ilə bağlı bir bənd var. Onun yerinə yetirilməsi o qədər də inandırıcı gəlmir. Çünki bunun üçün insanları bilgiləndirmək lazımdır. Bundan başqa, toy üzrə ixtisaslaşmış şadlıq saraylarında 150 nəfərə qədər şənliklərin keçirilməsi iqtisadi olaraq sərfəli deyil. O vaxt sərfəli olacaq ki, adambaşı qiymətlər kifayət qədər bahalaşacaq. O da toy sahiblərinə sərf etməyəcək. 350-600 nəfərlik zalda 150 nəfərlik toyların bu qayda və şərtlərlə keçirilməsi o deməkdir ki, restoran sahibləri qiymətləri pandemiyadan öncəki qiymətlərlə müqayisədə ən azı iki dəfə artırmağa məcburdurlar. Bu da toy sahiblərinə sərfəli olmayacaq”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->