İdman 18:59 16.09.2019

“Trabzonspor”dan Mahir Emreli ilə bağlı açıqlama

Son günlər Türkiyə mətbuatında Azərbaycan millisinin və "Qarabağ”ın hücumçusu Mahir Emrelinin "Trabzonspor”a keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Qaynarinfo xəbər verir ki, yenisabah.az məsələ ilə bağlı "Trabzonspor”un İctimaiyyətlə Əlaqələr Departamentinə müraciət edib. 

Klubdan Mahir Emreli ilə maraqlandıqlarını inkar etməsələr də, bu barədə yeniliyin olub-olmaması barədə rəsmi açıqlama verməyiblər. Lakin transferin klubun nəzarəti altında olduğu deyilib:

"Bu məsələ ilə bağlı hər hansı məlumat verə bilmərik. Transfer məsələsi skautlarımızın və məşqçilər korpusunun nəzarəti altındadı. Futbolçu transferi ilə bağlı rəsmi açıqlama verə bilmərik”. 

Qeyd edək ki, Azərbaycan millisinin Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdiyi "AVRO-2020"nin seçmə oyununu "Trabzonspor”un skautları da izləmişdi. Türkiyə mətbuatı isə Qara dəniz təmsilçisinin nümayəndlərinin Mahir Emrelinin oyununu izləmək üçün gəldiyini yazmışdı.