“Traktor” dünyada ən çox azarkeşi olan futbol klubudur

“Traktor” dünyada ən çox azarkeşi olan futbol klubudur

Təbriz şəhərinin "Traktor” futbol komandası dünyada ən çox azarkeşə sahib komandadır.

Qaynarinfo AzərTac-a istinadən xəbər verir ki, FİFA ötən həftə ölkə çempionatlarında iştirak edən azarkeşlərin sayı ilə bağlı araşdırma aparıb. Müəyyən edilib ki, Təbrizdə keçirilən "Traktor”-"İstiqlal” oyununu 100 min nəfər izləyib.

Ötən həftə Avropada keçirilən ölkə çempionatlarında iştirak edən komandaların izləyicilərinin sayı isə az olub. Tanınmış Avropa klublarına azarkeşlik edənlərin sayı "Traktor”dan azdır.

Almaniya çempionatında "Borussiya”-"Wolfsburq” qarşılaşmasını-80 min 200, İspaniya çempionatında "Real Madrid”-"Sevilla” oyununu 70 min 375, İtaliya çempionatında "Flamenqo”-"Corinthions” qarşıdurmasını 64 min 985, İngiltərə çempionatında isə "Arsenal”-"Wolverhampton” oyununu 60 min 383 azarkeş izləyib.

FİFA-nın cədvəlindən də göründüyü kimi Təbrizin "Traktor” futbol komandası dünyada ən çox azarkeşə sahib olan komandadır. (AzərTAc)
XƏBƏRLƏR
BLOGLAR