Xəbər lenti

Tramp 4 min əsgəri Əfqanıstandan geri çəkməyi planlaşdırır
Dünya 12:47 16.12.2019

Tramp 4 min əsgəri Əfqanıstandan geri çəkməyi planlaşdırır

Tramp administrasiyası ABŞ-la Taliban arasındakı müzakirələrin yenidən başlamasından sonra Əfqanıstandakı əsgər sayının azaldılacağını açıqlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstandakı 13 min əsgərin dörddə birinin, təxminən 4 mininin geri çəkilməsi planlaşdırılır.

Qeyd edək ki, ABŞ 2001-ci ildən bəri Əfqanıstandakı hərbi əməliyyatlar üçün 133 milyard dollar xərcləyib. Döyüşlər zamanı 2300 ABŞ hərbçisi, 58 mindən çox əfqan əsgəri və 38 min mülki şəxs, 42 minə yaxın da talibançının öldüyü bildirilir. 

Xatırladaq ki, Ağ Ev rəhbəri 2018-ci ilin dekabrından bəri davam edən sülh müzakirələrini bu ilin 5 sentyabrında Əfqanıstanda ABŞ əsgərlərinə qarşı təşkil olunan və Talibanın üzərinə götürdüyü bombalı hücum səbəbindən dayandırmışdı. Noybrın sonunda isə Tramp bu ölkədəki ABŞ hərbi bazalarından birinə ziyarəti zamanı Talibanla razılaşmaq istədiyini açıqlamış və müzakirələr yenidən başlamışdı.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->