ABŞ prezidenti Donald Tramp Milli Futbol Liqasının qalibi olan futbolçuları Ağ Evdə qəbul edib.
Qaynarinfo xəbər verir ki, ölkə rəhbəri qonaqlara 300-dən çox hamburger, kartof qızartması və pizza sifariş edib. Yeməklərin pulu Tramp tərəfindən ödənilib. Addıma səbəb kimi Ağ Ev işçilərinin bir qisminin işləməməsi göstərilib.
Qeyd edək ki, ABŞ-da hökumət artıq 23 gündür bağlıdır. Ölkədə 800 min işçi məcburi tətilə göndərilib və ya ödənişsiz işləyir. Donald Tramp ölkəyə qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün Meksika ilə sərhədə divar çəkilməsini təklif edir və Konqresdən bunun üçün büdcə ayrılmasını tələb edir.
Gülşən
Şərhlər