Dünya 11:11 24.09.2019

Tramp: “Bunu başqası etsəydi, çoxdan elektrik stuluna oturtmuşdular”

ABŞ Prezidenti Donald Tramp Nyu Yorkda Polşa Prezidenti Andrzej Duda ilə ikitərəfli görüşdə Ukrayna Prezidenti Vladimir Zelenskiylə avqust ayında baş tutan telefon danışığında Co Baydenin oğlunun araşdırılmasını istəməsiylə bağlı açıqlama verib.

Qaynarinfo Haber7-yə istinadən xəbər verir ki, Tramp bir jurnalistin "Siz Ukrayna liderinə sadəcə Bayden və oğlunu araşdırarlarsa, kömək edəcəyinizi söylədinizmi" – sualına cavab olaraq Baydenin yalan danışdığını deyib.

Baydenin oğlu ilə bağlı Ukrayna rəsmiləriylə danışmadığına aid açıqlamalarını dəyərləndirən Tramp bunu "son dərəcə pis” bir şey kimi qiymətləndirib və Baydenin oğluna dair araşdırmaların dayandırılacağı təqdirdə bəzi Ukrayna rəsmilərinə 1.2 milyard dollar təklif etdiyini iddia edib.

"Bir Respublikaçı Baydenin etdiyini etsəydi, bir Respublikaçı Baydenin dediklərini desəydi, indi onu çoxdan elektrik stuluna oturtmuş olardılar”, - Tramp jurnalistlərə deyib.

Prezident Trump Ukrayna qalmaqalına görə vəzifəsindən istefa verməyəcəyini də dilə gətirib. 

Xatırladaq ki, cümə günü Amerikanın "Wall Street Journal” qəzeti Trampın avqust ayında Ukrayna Prezidenti Zelenski ilə telefon danışığında Co Baydenin oğlunun Ukraynadakı fəaliyyətinin araşdırılmasını istədiyini iddia etmişdi.
 
Alpər