Xəbər lenti

Dünya 10:33 16.05.2019

Tramp Cənubi Koreyaya gedəcək

ABŞ prezidenti Donald Tramp Şimali Koreya müzakirəsi üçün Cənubi Koreyaya gedəcək.

Qaynarinfo xəbər verir ki, ABŞ rəhbərinin səfəri iyun ayının sonunda baş tutacaq. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Səfər zamanı Tramp Cənubi Koreyalı həmkarı Mun Çje İnlə görüşəcək. Səfərin dəqiq vaxtı açıqlanmayıb, lakin Ağ Ev sözçüsü Sara Sanders Yaponiya səfərinin G20 Sammiti çərçivəsində Asiya turunun bir hissəsi kimi planlaşdırıldığını bildirib.
 
Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->