Dünya 10:30 20.10.2019

Tramp: "Hillari ağlını itirib"

ABŞ prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərindəki rəqibi Hillari Klinton barədə yazıb.

Qaynarinfo xəbər verir ki, D.Tramp "Tvitter" hesabında bildirib:

"O, Konqres üzvü Tulsi Qabbardı "Rusiyanın sevimlisi", Cill Staynı "Rusiyanın agenti" adlandırıb. Mənim barəmdə isə "Rusiya pərəstişkarı" demişdi. Bəli, mən Rusiya xalqını sevirəm, bütün insanları sevdiyim kimi. Hillari ağlını itirib".

Qeyd edək ki, T. Qabbard 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədlərindən biridir.

Gülşən