ABŞ prezidenti Donald Tramp 200 milyard dollar dəyərə sahib Çin məhsullarına yeni gömrük tariflərinin tətbiqi barədə göstəriş verib.
Qaynarinfo xəbər verir ki, yeni vergilər Çindən idxal edilən dəniz məhsulları, təbii və kimyəvi minerallar, tütün məmulatları, meyvə-tərəvəz və s. 5 min məhsula tətbiq ediləcək.
Qeyd edək ki, xəzinə naziri Stiven Mnuçin məsələnin müzakirəsi üçün Çin rəsmilərinə növbəti dəfə dəvət göndərib.
Gülşən
Şərhlər