Dünya 13:36 12.05.2021

Tramp İsrailə hücumu Baydenin ayağına yazdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin "zəifliyinin" İsraildə gərginliyin artmasına səbəb olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, Trampın tərəfdarları ilə ünsiyyət qurmaq üçün yaratdığı yeni veb saytında yayımlanan açıqlamasında keçmiş prezident vəzifəsində olduğu müddətdə "İsrailin düşmənləri ABŞ-ın İsrailin tərəfində olduğunu bilirdilər" deyə vurğulayıb. 

Trampın fikrincə, Baydenin rəhbərliyi zamanı sülh "daha şiddətli və qeyri-sabit hala gəlib", çünki onun "zəifliyi və İsrailə dəstək olmaması" "ABŞ müttəfiqlərinə" qarşı yeni hücumlara səbəb olur.

Tramp əlavə edib ki, ABŞ səlahiyyətliləri "hər zaman İsrailin tərəfində olmalıdır". Onun fikrincə, "Fələstinlilərin terror və raket hücumlarını dayandırmasının lazım olduğunu və ABŞ-ın İsrailin özünümüdafiə hüququnu daim dəstəkləyəcəyini aydın şəkildə göstərmək" lazımdır.
 
Alpər