Xəbər lenti

Tramp Kanadaya hücum etməyəcəyinə söz verdi
Dünya 19:05 06.04.2026

Tramp Kanadaya hücum etməyəcəyinə söz verdi

ABŞ prezidenti Donald Tramp Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ideyasından imtina etdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, bui barədə "Daily Mail" qəzeti YAZIB.

Tramp deyib: "Düşünürəm ki, kanadalıların 200 illik tarixi və bütün bu "Oh, Kanada" məsələsi var. Bunu üç il yarıma həll etmək olmaz. Ona görə də bunun baş verməyəcəyini düşünürəm".

Ağ Evin rəhbəri qeyd edib ki, Kanada formal olaraq Böyük Britaniya kralı III Çarlzı dövlət başçısı kimi tanıdığı müddətdə onun ölkə üzərindəki səlahiyyətlərinə qarşı addım atmağı planlaşdırmır.

Keçən ilin yanvarında Tramp Kanadanın ABŞ-a 51-ci ştat kimi qoşulmasını təklif etmişdi. Onun fikrincə, bu addım ticarət tariflərinin aradan qaldırılmasına, vergilərin azalmasına və Kanadanın Çin və Rusiya gəmilərinin yaratdığı təhlükələrdən tam qorunmasına imkan verəcəkdi. Tramp həmçinin bildirmişdi ki, Kanada ABŞ-a qoşulmasa, Vaşinqtonun ona hər il yüz milyardlarla dollar subsidiya verməsinin mənası yoxdur.

Aydın

--> -->