Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Nicat Göyüşov vəzifəsindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı əmr imzalayıb.
Digər əmrlə, Tovuz rayon Şıxheybət kənd ümumi orta məktəbinin direktoru vəzifəsində çalışmış Bayramov Fariz Məhəmməd oğlu Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktor əvəzi təyin edilib.
Qeyd edək ki, Göyüşov Nicat Araz oğlu 2022-ci ildən Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışırdı.
Aydın
Şərhlər