Ağ Evin sabiq müşavirlərindən olan Omarosa Nyuman prezident Donald Tramp barədə növbəti iddianı irəli sürüb.
Qaynarinfo xəbər verir ki, Nyumanın "Unhinged" adlı kitabında bildirilir ki, Tramp "first lady" Melaniya Trampa vəzifəsi dövründə boşanmaq iddiası və ya onu rüsvay edəcək hərəkət edəcəyi təqdirdə vətəndaşlıqdan çıxarmaqla hədələyib.
Nyumanın iddiasına görə, 1996-cı ildə "Einstein (EB-1)" vizası ilə ABŞ-a gələn Sloveniya əsilli "first lady"yə Donald Tramp köməklik edib. Tramp viza prosesində qeyri-qanuni faktları etiraf edə və Melaniyanın vətəndaşlıqdan çıxarılmasına səbəb ola bilər.
Gülşən
Şərhlər