ABŞ prezidenti Donald Tramp alman markalı avtomobillərə tətbiq olunan gömrük vergisini artıracağını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. O, "Mercedes Benz" və "BMW" kimi alman avtomobillərinin ölkəyə gətirilməsinə tətbiq olunan gömrük vergilərini artıracağını qeyd edib.
Trampın sözügedən paylaşımı Almaniya mətbuatında birmənalı qarşılanmayıb.
Qeyd edək ki, əvvəllər dəfələrlə Avropa ölkələrinə vergiləri azaltmaq barədə xəbərdarlıq edən Tramp Avropa Birliyinin gömrük vergilərini endirəcəyi təqdirdə ABŞ-ın da bunu edəcəyini, əks halda vergilərin daha da artırılacağını bildirmişdi.
Şərhlər