Dünya 11:25 18.09.2020

Tramp prezident olandan sonra bütün dostlarını itirdiyindən şikayətləndi

ABŞ Prezidenti Donald Tramp prezident seçildikdən sonra bütün dostlarını itirdiyini və indi onları Konqres üzvlərinin "əvəz etdiyini" deyib.

Qaynarinfo xəbər verir ki, Viskonsindəki seçicilərlə görüşən Tramp əvvəllər "rahatca dərdləşdiyi" dostlarının olduğunu, ancaq prezident seçiləndən sonra ona həddindən artıq hörmətlə yanaşdıqlarını və "Cənab Prezident" adlandırdıqlarını dilə gətirib.

Amerika lideri deyib ki, o, artıq dostları ilə oturub içki içə bilmir. Eyni zamanda Tramp spirtli içki içmədiyini də əlavə edib.

Alpər