Dünya 11:39 28.05.2020

Tramp sosial şəbəkələrlə bağlı sərəncam imzalayacaq

ABŞ Prezidenti Donald Tramp bu gün sosial şəbəkələrin fəaliyyəti ilə bağlı sərəncam imzalayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makİnani məluamat verib. Lakin sərəncamın məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Tramp ötən gün Tvitteri yalançı mətbuata istinad edərək, ifadə azadlığını məhdudlaşdırmaqda və 2020-ci il prezident seçkilərinə müdaxilə etməkdə ittiham etmişdi. Buna səbəb isə onun paylaşımına Tvitterin dezinformasiyaların qarşısının alınması məqsədilə əlavə etdiyi yeni "Məlumatın doğruluğunu təsdiqlə" funksiyasının düşməsi olmuşdu. Hadisədən sonra Ağ Ev rəhbəri sosial şəbəkələri bağlamaqla da təhdid etmişdi.

Camal