Dünya 16:56 03.12.2019

Tramp: “İndi də onları Türkiyəyə çatdırmaq ABŞ üçün çətin olacaq”

"Rusiyaya məxsus S-400 zenit-raket sistemlərini almaqla yanaşı, Türkiyə Amerikanın F-35 qırıcılarının tədarüküylə bağlı da böyük problemlərlə üzləşdi”. 
 
Qaynarinfo xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberq ilə Londonda alyansın zirvə görüşündən sonra deyib.

"S-400 aldıqdan sonra Türkiyə böyük problemlərlə qarşılaşdı. Türkiyə bir xeyli F-35 təyyarəsi sifariş etdi, amma indi də onları çatdırmaq Vaşinqton üçün çətin olacaq. Bundan sonra Ankara Rusiya və ya Çindən qırıcı-bombardmançılar almağa məcbur ola bilər”, - Tramp əlavə edib.