Dünya 13:43 11.09.2018

Tramp və Kim yenidən görüşəcək

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın növbəti görüşü gözlənilir.

Qaynarinfo xəbər verir ki, 2-ci görüş təklifi Kimdən gəlib və Ağ Ev bu məsələ üzərində çalışır. Şimali Koreya lideri Trampa məktub göndərib və Tramp tərəfindən müsbət qarşılanıb. Ağ Evin mətbuat katibi Sara Sanders Kim Çen Inın icazəsi olmadan məktubun mətnini paylaşa bilməyəcəklərini bildirib. 

Qeyd edək ki, tərəflərin ilk görüşü bu ilin 12 iyununda reallaşıb. 

Gülşən