ABŞ-ın 45-ci prezidenti Donald Tramp və tərəfdarları "Coca-Cola” məhsullarını boykot etdiklərini bildirib.
Qaynarinfo Newsweek-ə istinadla xəbər verir ki, buna səbəb şirkət rəhbəri Ceyms Kuinsinin Respublikaçılar patrtiyası tərəfindən idarə olunan Corciya qanunverici orqanının seçki qanunlarını dəyişdirmək qərarını qınamasıdır. Onun kfikrincə, digər şeylərlə bərabər onlar seçicilərin səs vermək imkanını çətinləşdirir.
Demokratlar dəyişiklik layihəsini kəskin tənqid ediblər və prezident Co Bayden onu "konstitusiyaya açıq bir hücum" adlandırıb.
Aprel ayının əvvəlində Donald Tramp dəyişikliyə qarşı çıxan şirkət və təşkilatları boykot etməyə çağırıb. O, xüsusilə Major League Baseball (MLB), Delta havayolları və Coca-Cola-nı xatırladıb. "Cola”nın rəhbəri şirkətin Corciyada seçki qanunlarındakı dəyişikliklərə səs verilməsindən məyus olduğunu söyləyib.
Trampın şirkəti boykot etmək çağırışı sosial media istifadəçiləri tərəfindən alqışla qarşılanıb. "Coca-Cola” şirkəti Trampın tərəfdarları tərəfindən "Wokea-Cola" adlandırılır ki, bu da "woke" termini (oyanmaq. –red.) üzərində söz oyunudur. Onlar sol siyasət, liberal hərəkatlar, feminizm və LGBT aktivizmi ilə əlaqəli şeylər haqqında belə istehzalı və mənfi şəkildə danışır, "Coca-Cola” içkisinin əvəzinə isə etiraz olaraq "Pepsi” içməyi təklif edirlər.
Alpər
Şərhlər