Dünya 11:11 20.01.2021

Tramp özünü, Assanc və Snoudeni bağışlamaqdan imtina etdi

ABŞ Prezidenti Donald Tramp keçmiş Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşı Edvard Snoudeni və WikiLeaks-in qurucusu Culian Assancı əfv etməyib.

Qaynarinfo xəbər verir ki, onların adları Amerika lideri tərəfindən bağışlananlar siyahısında yoxdur. Siyahıda vəkil Rudi Ciuliani, eləcə də Trampın özü və ailəsinin üzvləri də yer almayıb.

Ümumilikdə, əfv olunanların siyahısına 73 nəfər daxil edilib. Bundan başqa Tramp 70 nəfərin də cəzasını yüngülləşdirib.

Tramp ayrıca hakimiyyətinin son günündə keçmiş məsləhətçisi Stiven Bennonu bağışlayıb. Demokratlar onu Meksika ilə sərhəddə divar hörmək üçün yığılan vəsaiti israf etməkdə günahlandırırlar.
 
Xatirladaq ki, bu gün ABŞ prezidenti Donald Tramp dövlət başçısı olmağa son verəcək. Bəzi mütəxəssislər vəzifədən getdikdən sonra özünə qarşı impiçmentin qarşısını almaq üçün onun qabaqlayıcı bir tədbir kimi özünü də əfv siyahısına salacağını hesab edirdilər. Xüsusilə bu, ona Demokratların hücumlarına qarşı mübarizə imkanı verəcək və növbəti prezident seçkilərində iştirak etmək şansını qoruyacaqdı.

Alpər