Dünya 13:08 02.11.2019

Tramp özünü itlə müqayisə etdi: “Media onu məndən çox istəyir”

ABŞ lideri Donald Tramp "bir nömrəli terrorçu" Əbubəkr əl-Bağdadiyə qarşı əməliyyatda fərqlənmiş Conan adlı xidməti iti Ağ Evə dəvət edəcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, o, eyni zamanda özünü Konanla müqayisə edərək, medianın itə ondan qat-qat yaxşı yanaşdığını deyib:

"Konan haqda müsbət məqalələr mənim haqqımda olanlarda daha çoxdur və mən bundan xeyli məmnunam. Konan çox möhtəşəm iş gördü. O, bir neçə həftə sonra Ağ Evi ziyarət edəcək”.

ABŞ prezidenti Suriyada Bağdadini məhv etmək üçün aparılan əməliyyat zamanı itin yaralandığını da qeyd edib. ABŞ hərbçiləri itin sağalacağına inandıqlarını deyib.

Alpər