Dünya 19:45 05.04.2020

Trampdan ABŞ-a xəbərdarlıq: “Daha çox ölümlərə hazır olun...”

Qarşıdakı həftə koronavirus pandemiyasının ən çətin zamanı ola bilər.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinq zamanı deyib: "Yaxın günlərdə ölkəmiz xeyli yeni ölümlə üzləşəcək".

Eyni zamanda Tramp ən çətin pandemik vəziyyətin olduğu ştatları sakitləşdirməyə cəhd edib, o ştatlara tibbi ləvazimatlar və hərbi heyət göndərəcəyini vəd edib.

Eləcə də prezident pasxa günü sosial məsafə qaydalarının yüngülləşdirilməsini təklif eləyib.

"Ölkəmizi yenidən dünyaya açmalıyıq. Ancaq bunu hələ bir neçə ay da etməməliyik", - Tramp deyib.

Qeyd edək ki, şənbə günündən bəri ABŞ-da Covid-19-dan təxminən 8,500 ölüm qeydə alınıb, bunların əksəriyyəti Nyu York ştatında baş verib. 

Ümumilikdə ABŞ-da 309 minə yaxın insan koronavirusa yoluxub. Bu, dünyada ən yüksək nisbətdir.

Alpər