ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini Ağ Evə dəvət edib.
Qaynarinfo xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Tramp "Zelenski ilə iki dəfə danışmışam. Ehtimal ki, Ağ Evə gələcək. Gəlmək istəsə, onu qəbul etməyə məmnun olaram. Demokratlar V.Zelenski ilə telefon danışığımdan istifadə edib seçkidə üstünlük qazanmaq istəyirlər. Bu, saxtakarlıq və hiylədir" , - deyə bildirib.
Qeyd edək ki, Donald Tramp ötən aylarda V.Zelenskiyə zəng edərək növbəti prezident seçkilərində rəqiblərindən olan Co Bidenin oğlunu araşdırmağı istəyib. Hadisənin aşkara çıxmasından sonra Demokratlar Partiyasının üzvü impiçment prosesinin başladığı elan edib.
Gülşən
Şərhlər