Trampdan inanılmaz təklif: COVID-19 xəstələri Quantanamoya göndərilsin

Trampdan inanılmaz təklif: COVID-19 xəstələri Quantanamoya göndərilsin

ABŞ-ın keçmiş prezidenti Donald Tramp koronavirus pandemiyasının başlanqıcında yoluxmuş vətəndaşları Kubadakı Quantanamo həbsxanasına göndərməyi təklif edib. 

Qaynarinfo xəbər verir ki, "Washington Post” qəzetinin jurnalistləri Yasmin Abutaleb və Damian Paletta bu barədə "Bir kabus senarisi" kitabında məlumat veriblər.

Jurnalistlərə görə, Tramp virusla mübarizə üçün hər cür yol axtarıb. Bir dəfə Ağ Evdəki bir iclasda o, Quantanamo həbsxanasından koronavirus xəstələrini təcrid etmək üçün istifadə etməyi təklif edib. Tramp köməkçilərdən soruşub: "Məgər bizim öz adamız yoxdur? Bəs Quantanamo?"

Jurnalistlər prezident aparatı üzvlərinin onun planlarına müdaxilə etdiyini qeyd edirlər. Üstəlik, Trampın ölkədəki problemləri həll etmək üçün Kubadakı bir həbsxanadan istifadə etməyi təklif etməsi ilk dəfə deyildi. Bundan əvvəl "Anonimdən xəbərdarlıq" kitabının müəllifi Maylz Teylora görə, Tramp ora qanunsuz miqrantları göndərmək istəyib.

Bundan əvvəl Tramp Respublikaçılar Partiyasının üzvlərinə müraciətində Çindən pandemiyanın vurduğu ziyana görə 10 trilyon dollar təzminat tələb edilməsi ilə bağlı çağırış etmişdi.

Alpər
X
XƏBƏRLƏR
BLOGLAR