Xəbər lenti

Dünya 14:16 28.05.2020

Trampın baxmağa getdiyi raket sınağı təxirə salındı

SpaceX-in NASA-nın əməkdaşlığı ilə orbitə göndərəcəyi ilk pilotlu raketin sınağı pis hava şəraiti səbəbindən uçuşa bir neçə dəqiqə qalmış təxirə salınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə NASA-nın tvitter hesabında məlumat verilib. Açıqlamada növbəti sınağın şənbə gününə planlaşdırıldığı bildirilib.

ABŞ prezidenti Donald Tramp da sözügedən mərasimə qatılmaq üçün Floridaya gedib və orada İlon Mask barəsində müsbət fikirlər səsləndirib.

Qeyd edək ki, sınaqla uğurla həyata keçirilsə, NASA böyük xərcdən qurtulmuş olacaq. Çünki təşkilat 2011-ci ildən bəri kosmik heyətin daşınması layihəsini dayandırdığından, hər dəfə astronavtları kosmik stansiyaya aparmaq üçün Rusiyaya aid "Soyuz" raketindən istifadə edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->