Xəbər lenti

Trampın bu qərarı ABŞ iqtisadiyyatına 6 milyard zərər vurdu
Dünya 14:09 27.01.2019

Trampın bu qərarı ABŞ iqtisadiyyatına 6 milyard zərər vurdu

ABŞ prezidenti Donald Trampın Meksika ilə sərhəddə divar hörülməsi üçün 5,7 milyard dollar maliyyə istəməsinə Demokratların yox deməsi səbəbindən hökumətin 35 gün bağlı qalması ABŞ iqtisadiyyatına baha başa gəlib.

Qaynarinfo xəbər verir ki, "Standard&Poor" təhlil agentliyinin hesablamalarına görə hökumətin bağlı qalması ölkə iqtisadiyyatına 6 milyard dollar zərər vurub. Beləliklə 35 günlük böhran divarın xərcindən daha artıq olub.

Bu, ABŞ tarixində ən uzun müddətli hökumət böhranıdır.

Qeyd edək ki, Barak Obamanın dövründə hökumətin bağlanması 2,6 milyard dollar, 1995-ci ildə Bill Klintonun dövründəki böhran isə büdcəyə 2,3 milyard dollar zərər vurmuşdu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->