Ölkə 21:35 28.11.2020

Tuğba Ekinci: "Azərbaycanlı olduğum üçün fəxr edirəm”

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirən məşhurlardan biri də türkiyəli müğənni Tuğba Ekinci olub.

Sənətçi müsahibələrindən birində daima azərbaycanlıların yanında olduğunu deyib:

"Ata tərəfim Azərbaycandandır, Gəncəliyik . Bütün azərbaycanlıların yarasına məlhəm olmaq istəyirəm. Biz həmişə onlarla iki qardaş kimi olmuşuq. İki dövlət, bir millətik. Onları heç vaxt özümüzdən ayrı tutmamışıq. Azərbaycanlı olduğum üçün fəxr edirəm”.//Axşam.az