Xəbər lenti

Tufandan sonra Neft Daşlarında meydança çöküb
Ölkə 21:50 21.01.2019

Tufandan sonra Neft Daşlarında meydança çöküb

17-18 yanvar tarixlərində hava şəraitinin kəskinləşməsindən sonra dəniz yataqlarında normal iş rejimi artıq bərpa olunub. SOCAR-dan Modern.az-ın sorğusuna verilən cavabda bildirilir ki, kəskin hava şəraiti ilə əlaqədar proqnozlara uyğun daha əvvəl təxliyyə edilən 2500-dən çox SOCAR əməkdaşı hazırda dənizdəki iş yerlərinə qaytarılıb.

Qeyd edilib ki, hava şəraitinin sabitləşməsindən sonra dəniz yataqlarında qasırğanın yaratdığı fəsadların araşdırılması və qiymətləndirilməsi davam etdirilir:

"Bu ana gədər toplanmış məlumatlara əsaslanaraq məlum olub ki, önləyici tədbirlər insan tələfatının qarşısını alıb və iqtisadi itkiləri minimuma endirib. Fəsadların qısa perspektivdə ümumi məhsul itkisinə və illik hasilat göstəricilərinə təsiri qiymətləndirilir və uzunmüddətli perspektivdə SOCAR-ın dənizdə aparılan neft-qaz əməliyyatlarında etibarlılığın və effektivliyinin artırılması məqsədi ilə öyrənilmiş dərslərdən nəticə çıxarılmaqdadır".


Rəsmi məlumata görə, əraziyə baxış keçirilərkən müəyyən edilib ki, "Neft Daşları” NQCİ-nin istehsalat ərazisində, "Palçıq-pilpiləsi” yatağında 1967-ci ildə istismara verilmiş 1047 saylı meydança çöküb, Neft Daşlarının II, III və IV mədən ərazilərində meydançalararası yolun köhnə, istifadə olunmayan hissəsi dağılıb:

"Nərimanov NQÇİ-də bəzi iş və məişət otaqlarının dam örtükləri külək nəticəsində dağılıb, 588 saylı meydançadan 730 saylı meydançaya gələn neft-qaz xətti yüngül zədələnib. Digər yataqlarda belə hallar aşkar olunmayıb.
Hazırda tufan nəticəsində yaranan fəsadların aradan qaldırılması tədbirlərinə başlanıb".

"SOCAR bundan sonra da hava şəraiti ilə bağlı verilən hava proqnozuna uyğun riskləri dəyərləndirəcək və vacib önləyici tədbirləri görəcəkdir",-deyə rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, yanvarın 17-dən 18-nə keçən gecə şiddətli qasırğa nəticəsində dənizdə küləyin sürəti saatda 140-150 km həddinə çatmış, dalğaların hündürlüyü bəzi yerlərdə 10 metrdən çox olub. Qasırğalı hava şəraiti ilə bağlı risklərin öncədən dəqiq qiymətləndirilməsi və genişmiqyaslı qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində insan tələfatının qarşısı alınıb, böyük iqtisadi itkilərə yol verilməyib, gündəlik qaz təchizatında və neft emalı zavodlarının xammalla təminatında heç bir problem yaranmayıb".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->