Tural Abbaslı: “Xalqın mənə olan rəğbəti kimlərisə narahat edir...”

Tural Abbaslı: “Xalqın mənə olan rəğbəti kimlərisə narahat edir...”

"AĞ Partiya siyasi deyil, milli maraqlardan çıxış edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında sözü gedən partiyanın başqanı Tural Abbaslı onu sosial şəbəkələrdə təhqir edənlərə cavab verərkən deyib. Sədr ona qarşı olan virtual hücumların arxasında müxtəlif məqamların olduğunu dilə gətirib:

"Biz istəlinən mövzunun  müzakirəsində milli maraqlardan çıxış edirik. Azərbaycanın dövlət və millət maraqlarını önə çəkirik. Heç bir zaman partiya, müxalifət və siyasi maraqlardan çıxışlar etmirik. Əgər burada dövlət və milli maraqlar varsa, digər məsələlər partiya üçün ikinci dərəcəlidir. Ola bilsin ki, mövqeyimiz kimlərisə narahat edir. Cəmiyyətdən də bu mövqeyə qarşı rəğbətin olduğunu gördükdə daha da narahat olurlar. Güman edirəm, mənə qarşı əks hücumun arxasında bunlar dayanır”.

Tural Abbaslı qeyd edib ki, onun çıxışlarında yeni bir şey yoxdur:

"Biz illərdir ki, dediyimizi yenə təkrar edirik. Görünür, xalqın mənə olan rəğbəti kimlərisə narahat edir. İnsanlar bizə həm də rəqib gözü ilə baxırlar. Bir az təşvişə düşüblər, onların anlamında bazarları ölür. Çox güman ki, bundan narahatdırlar. Hücumlar bizi o qədər də narahat etmir. Belə bir məsəl var "bar verən ağaca daş atarlar”. İndi bunlar da bizə daş atmağa çalışırlar. Amma bir də belə məsəl var: "Göy üzü daş saxlamaz”. Daş adətən geri qayıdır”.  

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR