Ekonomiks 13:09 06.10.2017

Turistlərin sevimli məkanı Sumqayıt Plaza Hoteldən fotolar

Gözəl ölkəmiz Azərbaycan və şəhərimiz Sumqayıtın yeni üzü, yeni markası Sumqayıt Plaza Hoteli 2017-ci ilin Mart ayından qonaqlarını qarşılayıb, fərqli mədəniyyətdən insanlarla tanış olmağa başlamışdır. 

Ölkə turizminin, şəhərimizin və mədəniyyətimizin tanınmasında, qonaqlarına keyfiyyətli və gözəl xidmət verməyi özünə məqsəd qoyan Sumqayıt Plaza Hoteli siz və sizlərin dəyərli qonaqlarını qarşılamaqdan qürur duyar.

Tam olaraq qonaqlarının rahatlığını və keyfiyyətli xidmət almasını düşünərək yaradılmış Hotelimiz 13 mərtəbə, 55 standart otaq ,11 suerior otaq ,22 junior suit otaq və 250 m2-lik VİP master otaqdan ibarətdir. 

Yenə qonaqların rahatlığı və iş dönüşü istirahət edə bilməsi, günün yorğunluğunu ata biləcəyi, fərqli ləzzətlər dada biləcəyi Mirvari Restoranı və 12-ci mərtəbədə yerləşən  Sumqayıt mənzərəli Sky Bar, çay güşəsi, kitabxana, açıq bufet  səhər yeməyi üçün olan restoran mövcuddur.

Bundan əlavə otelimizdə qonaqlarımıza xidmət göstərən SPA salonumuz, hovuzumuz, türk hamamı, sauna və fitness zal mövcuddur.

Əlaqə vasitələri

+994186556565