"Türk Ordusunun Qarabağa gəlməsi üçün hazırlıqlar davam etdirilir. Ən qısa zamanda əsgərlərimiz Qarabağda olacaqlar”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Modern.az-a Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım Türk Ordusunun Qarabağa gəlib-gəlməyəcəyi haqqında Azərbaycanda olan narahatlıqlardan danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin bu barədə narahatlığına heç bir əsas yoxdur:
"Qeyd etdiyim kimi, hazırlıqlar tamamlandıqda əsgərimiz Qarabağa gələcək. Lakin mən dəqiq tarix deyə bilmirəm.
Türk Silahlı Qüvvələrinin Qarabağda olmasını istəyən Azərbaycan tərəfidir. Ermənistanla bağlı Fransa Senatında verilən qərar var. Fransa Senatı hökumətin qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanıması üçün təkliflə çıxış etdi. Senatın bu qərarını biz qətiyyən qəbul etmirik. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Fransa dövləti isə senatın mövqeyini dəstəkləmədi.
Türk əsgərinin Qarabağa gəlməməsi üçün ən xırda problem belə yoxdur. Hazırlıqlar görülüb. Ən qısa zamanda əsgərlərimiz Qarabağa gələcəklər. Fransa kimi ölkələrin və Avropanın bununla bağlı bütün narahatlıqlarına isə aydınlıq gətirilib. Heç bir əngəl yoxdur”.
Şərhlər