Xəbər lenti

“Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı
Dünya 22:31 14.05.2021

“Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı

 "Türk Hava Yolları” aviaşirkəti Qəzza sektorunda davam edən gərginliklə əlaqədar Tel-Əvivə səfərləri müvəqqəti təxirə salıb.

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin rəsmi internet səhifəsində məlumat yer alıb.

Bildirilib ki, İstanbulun yeni hava limanından bu gün Tel-Əvivə nəzərdə tutulan bütün reyslər təhlükəsizlik tədbirləri məqsədilə təxirə salınıb. Mayın 15 və 16-na olan reyslərə bilet satışları isə dayandırılıb.

Qeyd edək ki, dünyanın bir çox aviaşirkəti bu istiqamətdə səfərlərin müvəqqəti dayandırılması barədə qərar qəbul edib. (Azvision.az)

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->