Foto 14:11 16.10.2019

Türk komandolar əsgər salamı göndərən idmançılara cavab verdi (VİDEO)

Türkiyənin "Barış pınarı” əməliyyatında iştirak edən komandolar Tel Abyaddan gimnastika və boksda çempion olmuş idmançılara, eləcə də A milli futbol komandasının oyunçularına video-təbriklərini göndərdilər.

Qaynarinfo xəbər verir ki, Müdafiə Nazirliyi komandosların milli idmançılar üçün hazırladığı videonu "Twitter" hesabından paylaşıb. 

"Qəhrəman komandolarımızın onları təbrik edən milli futbol komandası və çempion idmançılara bir mesajı var” qeydiylə birgə paylaşılan videoda bədii gimnastika üzrə dünya çempionatında qalib olan İbrahim Çolak, dünya qadın boks çempionatının 69 kq çəki dərəcəsində çempionu Busenaz Sürmeneli və futbol üzrə milli komandanın oyunçularının əsgər salamı verərkən çəkilən fotoşəkilləri yer alıb.

Komandolar deyib: "Çempion olan milli idmançılarımızın və milli komanda oyunçularımızın salamlarını aldıq. Gözləriniz arxada qalmasın. Biz vətənimiz və millətimiz üçün vəzifəmizin başındayıq. Tel Abyaddan sizə və bütün millətimizə salam olsun”.