Dünya 10:50 14.09.2020

Türkiyə ABŞ-ı günahlandırdı: Aralıq dənizində gərginlik

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy adada bir təlim mərkəzinin yaradılması ilə bağlı ABŞ və Kiprin imzaladığı memorandumdan danışıb. 

Qaynartinfo bu haqda RİA Novosti-yə istinadla xəbər verir.

O, imzalanan sənədin "Şərqi Aralıq dənizində sülh və sabitliyə xidmət etməyəcəyini" qeyd edib. Türk rəsmisi ABŞ-ın bölgədəki son qərarlarının orada gərginliyi daha da artırdığını əlavə edib.

Bundan əlavə, onun fikrincə, razılaşma "Kipr məsələsi"nin həllinə zərər verə bilər.

Aksoy onu da vurğulayıb ki, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Kiprə səfəri zamanı Türk icmasının nümayəndələri ilə görüşməyib.

Alpər