Türkiyə ABŞ-ın Qüds şəhəri ilə bağlı qərarını tanımayacaq.
Qaynarinfo-nun verdiyi xəbərə görə, bu sözləri, Türkiyə Baş nazirinin müavini Bekir Bozdağ açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması beynəlxalq hüquqa ziddir.
"ABŞ bu qərarın doğuracağı nəticələrə görə məsuliyyət daşıyır" - deyə o bildirib.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını bəyan edib.
Şərhlər