Sağlamlıq 14:08 15.12.2020

Türkiyə COVID üçün Çin peyvəndi almağa qərar verdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Çin xarici işlər naziri Van Yi ilə telefon danışığında Çin peyvəndinin təsirli və təhlükəsiz olduğunu deyib.
 
Qaynarinfo xəbər verir ki, artıq Ankara Çindən peyvənd alacaq.

Nazir Pekini COVID-19 epidemiyasının müvəffəq bir şəkildə dayandırılması münasibətilə də təbrik edib. 

O, ÇXR-in peyvənd istehsalında uğurunu yüksək qiymətləndirib.
 
Alpər