Türkiyə daha dörd terrorçunu zərərsizləşdirdi

Türkiyə daha dörd terrorçunu zərərsizləşdirdi

Suriyanın şimalındakı "Barış Pınarı” bölgəsinə sızmağa cəhd edən dörd PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terrorun və terrorçuların qapısı yoxdur. Sülh və əmin-amanlıq mühitini pozmaq məqsədilə "Barış Pınarı” bölgəsinə atəş açaraq soxulmağa cəhd edən dörd PKK/YPG terrorçusu qəhrəman komandolarımız tərəfindən zərərsizləşdirilib”, - məlumatda deyilir.
XƏBƏRLƏR
BLOGLAR
X